Qol.Az

"Neftçi" üçün canımı qoymuşam" – Rəşad Sadiqov

[13.09.2017]
"Neftçi" üçün canımı qoymuşam" – <b style="color:red"> Rəşad Sadiqov</b> "Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi" TV-yə  açıqlamasında deyib.

Millimizin sabiq üzvü  “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini bildirib: "Yeddi il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın.

R.Sadiqov Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib: "Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv ab-havası gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.