Qol.Az

UEFA "Beşiktaş"ın şikayətini təmin etmədi

[17.07.2017]
UEFA "Beşiktaş"ın şikayətini təmin etmədi UEFA-nın Apelyasiya Komitəsi Türkiyənin “Beşiktaş” klubunun şikayətinə baxıb.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi quruma Avropa Liqasının ötən mövsümündə “Lion”la 1/4 final oyunundan sonra cəzalandırılmasından narazılıq bildirib. Lakin Apelyasiya Komitəsi “Beşiktaş”ın şikayətini təmin etməyib. 

Qeyd edək ki, aprelin 13-də keçirilən oyundan öncə azarkeşlərin meydana kənar əşyalar, o cümlədən fişənglər atmasına görə  UEFA Türkiyə klubunu 100 min avro cərimələyib və “ağ-qaralar” 2 illik sınaq müddəti ilə avrokuboklardan 1 illik şərti kənarlaşdırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.