Qol.Az

"Sumqayıt" Superliqa klubuna uduzdu

[17.07.2017]
"Sumqayıt" Superliqa klubuna uduzdu

Yeni mövsümə Boluda hazırlaşan "Sumqayıt" bu gün ilk yoxlama matçına çıxıb.

Qol.az-ın xəbərinə görə, Samir Abasovunun komandası Türkiyə superliqa təmsilçisi "Osmanlıspor" klubu ilə üz-üzə gəlib. Bu matçda "Sumqayıt" 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1978-ci ildə yaradılan və 2014-cu ildən “Osmanlıspor” adını daşıyan Türkiyə klubu ötən mövsüm UEFA Avropa Liqasında 1/16 final mərhələsinə qədər irəliləyib, ölkə çempionatında isə 13-cü yeri tutub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.