Qol.Az

Dadaşov “Ayntraxt”la müqaviləni yenilədi

[19.05.2017]
Dadaşov “Ayntraxt”la müqaviləni yenilədi

Millimizin və “Ayntraxt”ın üzvü Renat Dadaşov bu gün klubu ilə ilk peşəkar müqavilə imzalayıb.

Qol.az-ın məlumatına görə, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

18 yaşlı oyunçunun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Bu ilin yanvar ayında “Leypsiq”dən transfer edilən və klubun U-19 komandasında çıxış edən  Dadaşov bundan sonra əsas komandaya cəlb ediləcək.

R.Dadaşov yeni müqavilə ilə bağlı klubun saytına fikirlərini bildirib: “Ayntraxt”da peşəkar karyeraya başladığım üçün çox sevinirəm. Buna görə klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.