Qol.Az

“Barselona” Alleqriyə 3 illik müqavilə təklif edib

[21.03.2017]
“Barselona” Alleqriyə 3 illik müqavilə təklif edib “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yayda “Barselona”da Luis Enrikeni əvəzləyə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun nümayəndələri artıq bir neçə dəfə 49 yaşlı məşqçi ilə görüşüblər.

“Barselona” Alleqriyə 3 illik müqavilə təklif edib. Təklifi qəbul edəcəyi halda, italiyalı mütəxəssisin yeni iş yerində illik qazancı 8,5 milyon avro olacaq.

Qeyd edək ki, daha əvvəl Alleqrinin yeni mövsümdən “Arsenal”da çalışacağı barədə də xəbərlər yayılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.