Qol.Az

Noyer millimizlə oyunu buraxacaq

[20.03.2017]
Noyer millimizlə oyunu buraxacaq Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyunu buraxacaq.

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper ayağından zədə alıb. Bu səbəbdən “Bavariya”nın qapıçısı həm İngiltərə ilə yoldaşlıq matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Almaniya millisinə Mark-Andre ter Ştegen (“Barselona”) və Bernd Leno ("Bayer")  kimi qapıçılar da dəvət alıb. Baş məşqçi Yoahim Lövün Kevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.