Qol.Az

Fellaini "Mançester Yunayted"də qalır

[12.01.2017]
Fellaini "Mançester Yunayted"də qalır

"Mançester Yunayted" futbolçusu Maruan Fellainiyə yeni müqavilə təklif edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "mankunianlar" Belçika millisinin üzvünü 2018-ci ilin yayına qədər komandada saxlamaq istəyir. Futbolçunun bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edə ki, bu yay klubu ilə müqaviləsi başa çatacaq 29 yaşlı yarımmüdafiəçiyə İtaliya və Çin klublarından da təkliflər var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.