Qol.Az

Ronaldo yenə oynamayacaq

[11.01.2017]
Ronaldo yenə oynamayacaq

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokununun 1/8 finalında "Sevilya" ilə cavab oyununu buraxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan bu dəfə də K.Ronaldoya istirahət verib.

Qeyd edək ki, K.Ronaldo eyni səbəbdən "Sevilya" ilə ilk oyunu da buraxmışdı.

Əlavə edək ki, "Sevilya" - "Real" görüşü yanvarın 13-ü keçiləcək. Bu komandalar arasında ilk matçda Madrid klubu 3:0 hesabı ilə qalib gəlib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.